İqtisadiyyat

Kamran Əliyev Ərdoğana tarixi rəsm əsəri təqdim edib

24 oktyabr / 21:35 1 dəq
Ebb7cfab f18c 3413 89ac b499dce7ba0a
24 oktyabr / 21:35
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbulu zamanı Türkiyə Prezidentinə rəsm əsəri təqdim edib.

“Qərb Xəbər” verir ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.

Qeyd edək ki, qəbul Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankarada işgüzar səfəri çərçivəsində baş tutub.

Mələk.M

Paylaş
Burada sizin reklamınız ola bilər