Kallas: Rusiya sanksiyalardan yayınmaq üçün sülh danışıqlarına razılıq verib
Rusiya rəhbərliyi sülh danışıqlarına razılıq verməklə ABŞ Prezidenti Donald Trampın elan etdiyi sanksiyalardan yayınmağa çalışır.
Qerbxeber.com APA -ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında deyilir.
Onun sözlərinə görə, Moskva Ukraynadakı müharibəni yalnız ABŞ-ın təzyiqini hiss etdikdə dayandıracaq.
“Rusiya ABŞ sanksiyalarından qaçmaq üçün dialoq təklifi irəli sürüb. Lakin Moskvanın pozulmuş vədlər və sazişlər tarixçəsi Atlantikanın hər iki tərəfində dərin etimadsızlıq yaradıb”, – deyə Kallas vurğulayıb.




