Bölgə xəbərləri

“Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək

13 oktyabr / 15:26 2 dəq
Tovuz
13 oktyabr / 15:26
Burada sizin reklamınız ola bilər

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

“Qərb Xəbər” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin rəsmi müraciəti, “Turan Tovuz”un razılıq məktubunu nəzərə alan (PFL) “Kəpəz” klubunun Tovuz şəhər stadionunda oynaması ilə bağlı qərar qəbul edib.

Tərəflərin razılığı ilə “Kəpəz” qonaqlarını qış fasiləsinədək bu arenada qəbul edəcək. “Kəpəz” klubunun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Azərbaycan Premyer Liqası

10-cu tur

21 oktyabr

15:00. “Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu CBC Sport /canlı

Əvəzedicilər Liqası

10-cu tur

19 oktyabr

14:00. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu

Paylaş
Burada sizin reklamınız ola bilər