Bölgə xəbərləri

“Kənd icmalarında qadın liderlər” layihəsi növbəti tədbirini Xanlıqlar kəndində keçirib

6 aprel / 19:36 1 dəq
IMG 20220408 WA0022
6 aprel / 19:36
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir.

“Qərb Xəbər”in məlumatına görə, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin üçüncüsü Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində baş tutub. Təlim kursunda 16 kənd sakini olan qadın iştirak edib.

Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.

Qeyd edək ki, təlimlər İradə Həsənova tərəfindən keçirilir. Layihə çərçivəsində daha 4 kənddə təlimin keçirilməsi nəzərdə tutulur.

Paylaş
Burada sizin reklamınız ola bilər