Bölgə xəbərləri

Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailə köçürüləcək

21 avqust / 18:01 1 dəq
46157aa7 3839 337e bc91 aeb2e8916408 850
21 avqust / 18:01
Burada sizin reklamınız ola bilər

Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur.

Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib.

Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı inşa ediləcək.

Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır.

Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər