Avropa Şurasının Baş katibi Allen Berse “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə görüşüb.
Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, günün ikinci yarısında baş tutan görüşün təfərrüatları məlum deyil.
Xatırladaq ki, bundan əvvəl Alen Berse Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə görüşüb. Həmçinin, ictimai müdafiəçi Levan İoseliani ilə görüşüb.
O, sabah müxalifət və vətəndaş cəmiyyəti ilə görüş keçirəcək.