İsveçrənin Bürgenstok şəhərində keçirilən foruma bənzər Ukrayna ilə bağlı növbəti konfrans böyük ehtimalla Avropa ölkələrindən birində baş tutmayacaq.
Qerbxeber.com xəbər verir ki, bu barədə İsveçrə Federal Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qabriel Luhinger “SRF” telekanalına müsahibəsində deyib.
“Konfrans təbii ki, Avropada və ya Qərbdə baş tutmayacaq. Biz Bürgenstokda bu məsələdə maraqlı olan ölkələrlə danışıqlar aparmışıq. Qərar vermək onların ixtiyarındadır”, – Luhinger vurğulayıb.
İsveçrə XİN-in nümayəndəsi onu da qeyd edib ki, növbəti konfransda Rusiya hansısa formada işə inteqrasiya edilməlidir.