Dünya

İsveçin paytaxtında güclü partlayış olub

18 yanvar / 13:06 1 dəq
7df592d4 31df 39ec b054 4b60b7c552ca
18 yanvar / 13:06
Burada sizin reklamınız ola bilər

İsveçin paytaxtı Stokholm şəhərində güclü partlayış olub.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, hadisə şəhərin şimal-qərbindəki Kista turizm rayonunda baş verib. Belə ki, inzibati binalardan birinin yaxınlığında quraşdırılan bomba partladılıb və nəticədə binaya ciddi ziyan dəyib. Ölən və xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Qeyd edək ki,Stokholmda dekabrın sonu-yanvarın əvvəlində də oxşar hadisələr olub. Budəfəki partlayış isə digərlərindən daha güclü alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər