Dünya

İsrailin xarici işlər naziri Azərbaycana gəlir

18 aprel / 14:57 1 dəq
Indir 2023 04 18T145721.757
18 aprel / 14:57
Burada sizin reklamınız ola bilər

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfərə gəlir.

“Qərb Xəbər” “The Times of Israel”ə istinadən xəbər verir ki, naziri səfərdə İsrailin kibertəhlükəsizlik, daxili təhlükəsizlik, su təchizatı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Bundan əlavə, Eli Kohen Bakının yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər