Dünya

İsrailin Qəzzada keçirdiyi əməliyyatlar 50-dən çox insanın ölümünə səbəb olub

24 mart / 10:41 1 dəq
67e0aa380764f67e0aa3807650174277688867e0aa380764d67e0aa380764e
24 mart / 10:41
Burada sizin reklamınız ola bilər

Son sutka ərzində İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində azı 51 fələstinli həlak olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə hərbçilər hava zərbələri endirib, artilleriya atəşi həyata keçirib və atıcı silahlarla atəş açıblar.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücumların yenidən başlamasından bu günə qədər ölənlərin sayı 600-ü keçib, 70%-i qadın, uşaq və qoca olmaqla mindən çox insan yaralanıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri anklavda hərbi əməliyyatların qurbanı olan fələstinlilərin sayı artıq 50.000-i keçib, 113.000-dən çox yaralı var.

Paylaş
Burada sizin reklamınız ola bilər