İsrail Tehranda daha bir yüksək rütbəli hərbiçini hədəf aldı
İsrail İranın paytaxtı Tehranda yüksək rütbəli komandirlərdən birini hədəf alıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail hücumla əlaqədar detallı məlumat verməyib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İran ali lideri Əli Xamenei başda olmaqla, 40-a qədər yüksək vəzifəli məmur və hərbi komandir öldürülüb.
İran buna cavab olaraq İsrailə və ABŞ-ın regiondakı hərbi obyektlərinə zərbələr endirir.




