Dünya

İsrail SEPAHın 7yüksək rütbəli komandirini öldürüb

16 mart / 15:19 1 dəq
Sepah yeni
16 mart / 15:19
Burada sizin reklamınız ola bilər

İsrailin Livanda keçirdiyi əməliyyatlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin yeddi yüksək rütbəli rəsmisi məhv edilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmisi “Fox News” telekanalına verdiyi açıqlamada bildirib.

Bundan əlavə, İsrail rəsmisi İranın regiondakı logistik imkanlarına ciddi ziyan dəydiyini qeyd edib. Məlumata görə, “Qüds” qüvvələrinə məxsus 20 hərbi nəqliyyat təyyarəsindən 17-si sıradan çıxarılıb.

“Biz hamıya çatacağıq. Onlar yaxın vaxtlarda heç bir yerə qaça bilməyəcəklər”, – o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər