Dünya

İsrail səfiri Azərbaycana təşəkkür etdi

9 oktyabr / 10:23 1 dəq
Corc dik yeni
9 oktyabr / 10:23
Burada sizin reklamınız ola bilər

Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm.

“Qərb Xəbər” bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X sosial şəbəkəsindəki hesabında yazıb.

“Sevgi paylaşımları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar – bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Təşəkkür edirəm. Biz qalib gələcəyik”, – səfir qeyd edib.

Qeyd edək ki, HƏMAS və “İslami-Cihad” 7 oktyabrda “Əqsa tufanı” əməliyyatı başladıb və İsrailə hücum edib. Hücum nəticəsində indiyə qədər 700 israillinin öldüyü, 2,2 min nəfərin yaralandığı bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər