Dünya

İsrail ordusu Netsarim dəhlizini tərk edir

27 yanvar / 10:31 1 dəq
D5ec24da c7aa 32bd af20 2ea295c6e58e 850 (1)
27 yanvar / 10:31
Burada sizin reklamınız ola bilər

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi hissəsindəki Netsarim dəhlizinin bir hissəsindən qoşunlarını çıxarmağa başlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “The Times of Israel” Fələstin mətbuatına istinadən xəbər verir.

Təxliyə prosesi Qəzza zolağının şimalına qayıdan məcburi köçkün fələstinlilər üçün bu ərazinin açılması ərəfəsində həyata keçirilir.

Məlumatda bildirilir ki, ordu Qəzza zolağının şimalını cənubundan ayıran dəhlizin qərb hissəsindən qoşunlarını təxliyə edir.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri hələlik bu məlumatı şərh etməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər