Bölgə xəbərləri

İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb

10 oktyabr / 08:45 1 dəq
08db3fba d89a 3b85 966c 11d77cf26797
10 oktyabr / 08:45
Burada sizin reklamınız ola bilər

İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb.

“Qərb Xəbər” ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ouci bildirib.

“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”, – nazir deyib.

Bundan əvvəl neft nazirinin müavini Əhməd Əsədzadə qeyd edib ki, Rusiya İran ərazisində yerləşən altı neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir. .

Paylaş
Burada sizin reklamınız ola bilər