Bölgə xəbərləri

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir

13 iyul / 10:29 1 dəq
4ca9cace 12ed 3517 b849 bab08914f1f7
13 iyul / 10:29
Burada sizin reklamınız ola bilər

İranın ali rəhbəri ayətulla Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.

“Qərb Xəbər” bu barədə “Report”a istinadən məlumat verir.

Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək.

Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada baş verən son hadisələrin müzakirə olunacağı gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər