Bölgə xəbərləri

İranda zəlzələdə yaralananların sayı 800 nəfəri ötüb

29 yanvar / 13:38 1 dəq
9dd6cb7f f977 3d0d 8482 72242f45a2da 850.jfif
29 yanvar / 13:38
Burada sizin reklamınız ola bilər

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.

Bu barədə “İSNA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər