Dünya

İranda Məsud Pezeşkianın prezidentliyi təsdiqləndi

8 iyul / 09:37 1 dəq
Mesud pezeshkian1
8 iyul / 09:37
Burada sizin reklamınız ola bilər

İranda prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb. Səsverənlərdən şikayətçi olmayıb.

Qerbxeber.com İRNA-a istinadən xəbər verir ki, İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası seçkilərin nəticələrini təsdiqləyib.

Nəticələr İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər