Dünya

İran PUA-ları ilə zərbə endirdilər – Hamısı məhv edildi

30 oktyabr / 14:20 1 dəq
Social
30 oktyabr / 14:20
Burada sizin reklamınız ola bilər

Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə “Şahid” tipli hücum PUA-ları (İran istehsalı) və X-59 idarəolunan raketləri ilə zərbələr endirib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

X-59 döyüş təyyarəsindən Zaporoje vilayətinin işğal edilmiş ərazilərindən, “Şahid”lər isə şərq istiqamətindən – Primorsk-Axtarskdan buraxılıb.

Rusiyanın bütün 14 hava hədəfi Nikolayev, Xerson, Kirovoqrad, Çerkassı, Jitomir, Xmelnitski və Dnepropetrovsk vilayətlərində zenit müdafiəsi ilə məhv edilib.

Hava hücumunun dəf edilməsinə Ukraynanın döyüş təyyarələri, zenit-raket qoşunları, Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin mobil atəş qruplarının bölmələri cəlb olunub.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər