İran generalları Bakıya gəlir
Sentyabrın 9-da Bakıda Azərbaycan və İranın müştərək hərbi komissiyası keçiriləcək.
“Qərb Xəbər”bildirir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Komissiyada iştirak etmək üçün İran Silahlı Qüvvələrinin Baş Qərargahından nümayəndə heyətinin Bakıya səfər edəcəyi bildirilib.
Briqada generalı Əmir Əhədinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində müdafiə nazirinin müavini, briqada generalı Seyid Mehdi Fərəhi də var.




