Dünya

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə Paşinyanın partiyası 50% səs yığa bilməyib

18 sentyabr / 08:41 1 dəq
650776061eaf5650776061eaf61694987782650776061eaf3650776061eaf4
18 sentyabr / 08:41
Burada sizin reklamınız ola bilər

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 50%-ni toplaya bilməyib.

“Qərb Xəbər” bildirir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub.

Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,57 faizinin səsini toplayıb.

İkinci yerdə indiyədək 18,89 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,43 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.

Digər siyasi qüvvələrə gəlincə, “Respublika” partiyası 11,32%, “Xalqın səsi” partiyası 9,68% səs qazana bilib.

Paylaş
Burada sizin reklamınız ola bilər