Bölgə xəbərləri

İlkin Süleymanovun cinayət işi üzərə məhkəmə prosesi keçirilib

17 may / 17:44 1 dəq
2020 02 05 13 26 47ODv7AKfgA5wesTcTDfX1 file
17 may / 17:44
Burada sizin reklamınız ola bilər

Bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham edilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qərb Xəbər” məlumatına görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib. Məhkəmə prosesi 4 saata yaxın davam edib. Məhkəmə prosesində azyaşlı Nərmin Quliyevanın və İlkin Süleymanovun yaxınları, mətbuat nümayəndələri iştirak edib.

İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 144.3 və digər maddələri ilə ittiham edilir.

Növbəti məhkəmə prosesi 1 iyun saat 11:00-a təyin edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər