Dünya

İlin sonuna qədərABŞ Avropadakı qoşunlarını azaldacaq

17 may / 08:49 1 dəq
Indir 2025 05 17t084849.713
17 may / 08:49
Burada sizin reklamınız ola bilər

ABŞ administrasiyası avropalı müttəfiqləri ilə 2025-ci ilin sonunda ABŞ qoşunlarının Avropadan qismən çıxarılması məsələsini müzakirə etməyə başlayacaq.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

“Biz bununla bağlı müzakirələrə başlayacağıq. Təbii ki, bu NATO sammitindən sonra, bu ilin sonunda olacaq. Bütün müttəfiqlərimiz danışmağa hazırdır”, – Uitaker bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunların çıxarılmasının istənilən formatının təhlükəsizlik vəziyyətini pisləşdirməyəcəyinə təminat vermək istəyir.

O həmçinin ABŞ-ın NATO-da qalmaq niyyətində olduğunu deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər