İlham Əliyev Misirə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gedib.
Qerbxeber.comTeleqraf-a istinadən xəbər verir ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşıladılar.






