Bölgə xəbərləri

İlham Əliyev Sankt-Peterburq şəhərində işgüzar səfərdədir

26 dekabr / 14:10 1 dəq
E402ae37 747d 3212 82a2 6ead281cdc44
26 dekabr / 14:10
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərdədir.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər