İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlib.
“Qərb Xəbər” “Report”a istinadən xəbər verir ki, Vilnüs Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.




