Xəbər

İlham Əliyev: “Ermənistanın 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur”

22 mart / 12:19 1 dəq
E2bbacba 6979 3b95 b2ad c8d23b5806ab
22 mart / 12:19
Burada sizin reklamınız ola bilər

Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur.

“Qərb Xəbər”  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Bu xüsusda dövlət başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər