Dünya

İki ölkə prezidentləri arasında görüş olub

25 may / 14:28 2 dəq
Indir 2025 05 25t142740.757
25 may / 14:28
Burada sizin reklamınız ola bilər

Rəcəb Tayyib Ərdoğanla Əhməd əl-Şaraa arasında görüş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Əhməd əl-Şaraa arasındakı görüşdə iki ölkə arasında münasibətlər və qlobal proseslər barədə fikir mübadiləsi aparılıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Türkiyənin Suriyaya dəstəyi

Qeyd olunub ki, Türkiyə lideri ölkəsinin bundan sonra da Suriyanın yanında olacağını söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarının ölkəsinə səfərinin ABŞ və Avropa İttifaqının sanksiyaları ləğv etməsindən sonra baş tutmasından məmnunluğunu dilə gətirib.

Görüşdə, həmçinin, Suriyanın ərazi bütövlüyü məsələsinə də toxunulub və bu amilin qorunmasının, eləcə də ordunun vahid mərkəzdən idarə olunmasının zəruriliyinə diqqət çəkilib.

İkitərəfli münasibətlərin inkişafı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının, habelə, münasibətlərdə qonşuluq və qardaşlıq siyasətinin davam edəcəyini bildirib.

Suriya lideri verilən dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.

Paylaş
Burada sizin reklamınız ola bilər