Siyasət

İki başçı bir-birini əvəzləyib

17 may / 16:01 1 dəq
Prezident Sarayi
17 may / 16:01
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev Siraqəddin Cabbarovu Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Sərəncam mayın 17-də imzalanıb.

Başqa bir sərəncamla Siraqəddin Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Nazim İsmayılov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı postuna keçirilib.

Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda doğulub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Binəqədi Rayon İcra Hakimiyyətində şöbə müdiri, başçının müavini vəzifələrində işləyib. 25 aprel 2008-ci ildən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı idi.

Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçayın Kürdşaban kəndində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Göyçayın və Şamaxının icra başçısı olub. 21 aprel 2011-ci ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı idi.

Paylaş
Burada sizin reklamınız ola bilər