Kateqoriyasız

İki Azərbaycan güləşçisi qələbə qazanıb

25 iyun / 13:09 1 dəq
Trend serbest gulesh 190517 (41)
25 iyun / 13:09
Burada sizin reklamınız ola bilər

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.

Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib.

Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib.

Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib.

Paylaş
Burada sizin reklamınız ola bilər