Kateqoriyasız

İki Azərbaycan gimnastı qızıl medal qazanıb

2 iyun / 17:43 1 dəq
A85d6cde 8e43 4303 bf6e 59da1d12ce68
2 iyun / 17:43
Burada sizin reklamınız ola bilər

Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.

Federasiyanın rəsmi saytı yazır ki, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib.

Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər