İdman

İdmandan sonra çəki atmaq niyə dayanır və hətta bərpa olunur?-Cavabı Elnur Nemətovun yazısında

19 iyun / 21:47 3 dəq
Elnur mematov 1
19 iyun / 21:47
Burada sizin reklamınız ola bilər

İdmandan sonra dayanmış çəki – BƏRPA…

Əksər diyet saxlayanlar deyir: “İdman da edirik, amma xeyri yoxdur – çəkimiz düşmək əvəzinə az qala artır”.

Bəs çəki niyə dayanır?

İdman etdikdən sonra düşünürük ki, vəssəlam – “Yağlar yandı, proses başladı – artıq arıqlayıram!”
Unutmamaq lazımdır: əgər qidalanma düzgün olmazsa, bu düşüncənin tam əksi də baş verə bilər.
Çünki idmandan sonra bədən tam fərqli bir rejimə keçir – bərpa rejimi (regenerasiya).
İdman, xüsusilə əzələləri yükləyən məşqlər zamanı əzələ liflərində mikrozədələnmələr (travmalar) yaradır.
Bədən bu zədələri təmir etmək üçün zülal, enerji və su axtarır. Bu zaman bədən bütün diqqətini yağ yandırmağa yox – bərpaya yönəldir.
NƏ BAŞ VERİR?
Əgər bu dövrdə nə gəldi yeyərək lazım olandan çox kalori alırıqsa və ya “İdman etdim, indi rahat yeyə bilərəm” deyə düşünürüksə – bədən artıq enerjini yağ şəklində ehtiyatda saxlayır. Bəli, əzələ bərpa olunur, amma arıqlama dayanır. Çəki ya yerində qalır, ya da artır.
Bərpa prosesi düzgün yönləndirilməzsə, bədən “zədələndim, enerji lazım olacaq” deyib ehtiyat rejiminə keçir. Bu da çəkinin dayanması və ya gizli artımı deməkdir.
Ona görə “İdman etdim, hər şey olar” yanaşmasından uzaq olmaq lazımdır. Bu, həm də bir çoxunun motivasiya itkisi yaşadığı ən kritik mərhələlərdən biri hesab edilə bilər.
BƏS NƏ ETMƏK LAZIMDIR?
İdmandan dərhal sonra yeməyə tələsmək olmaz. Bəzən hiss etdiyimiz aclıq, əslində bədənin su və istirahət ehtiyacıdır. Buna “süni aclıq” da deyilir.
Ona görə bədənə 20–30 dəqiqə nəfəsin tam bərpa olunaraq sakitləşməsi üçün dinclik vermək və bir-iki qurtum su içmək icazəlidir. Daha sonra zülal və lifli karbohidratlardan ibarət yüngül bir qida qəbul etsək, daha yaxşı olar.
30 illik idman təcrübəmə əsaslanaraq deyə bilərəm ki:
İdman bədəni dəyişir, amma bu dəyişimin keyfiyyəti, sürəti və istiqaməti düzgün qidalanmadan asılıdır.
Sağlam şəkildə çəki atmaq istəyən hər kəsə tövsiyəm budur:
Bu işdə peşəkara müraciət çox vacibdir. Çünki düzgün yönləndirilən bədən yalnız arıqlamır, dəyişir və güclənir.
Paylaş
Burada sizin reklamınız ola bilər