Himalaylardakı buzlaqların ərimə sürəti artıb
Qlobal istiləşmə nəticəsində bu əsrin sonuna kimi Hindukuş və Himalay dağlarında buzlaqların 75 faizi əriyə bilər.
Bu, barədə regional üzv ölkələri bir araya gətirən hökumətlərarası ICIMOD qurumunun son hesabatında deyilir.
Bu hesabata əsasən, buzlaqların ərimə sürəti son onillikdə 65 faiz artıb.
“100 ildən sonra buzlaqları itirəcəyik”,- hesabatın aparıcı müəllifi Filipp Vester bildirib.
Buzlaqların əriməsi dağlıq bölgədə yaşayan 240 milyon insanı sel və su çatışmazlığı təhlükəsi ilə üz-üzə qoyacaq.
Bundan başqa, araşdırma göstərir ki, Qanq, Hind və Mekonq da daxil olmaqla, regionun 12 çayında su axını əsrin ortalarında pik həddə çatacaq.
Bu isə 1,6 milyarddan çox insana təsir edəcək, hesabatda deyilir.




