Dünya

Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin səfirləri ilə görüşüb

28 aprel / 09:19 1 dəq
C1246502 c43d 393c bd00 563844f0e90e
28 aprel / 09:19
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.

Paylaş
Burada sizin reklamınız ola bilər