Hadisə

Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir

1 dekabr / 12:08 2 dəq
AnyConv.com download
1 dekabr / 12:08
Burada sizin reklamınız ola bilər

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir.

“Qərb Xəbər”in məlumatına görə, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində baş tutub.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçunun həlak olduğu, 2 nəfər yaralandığı bildirilib.

Həlak olanların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu isə yaralanıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər