Bölgə xəbərləri

Hava şəraiti dəyişəcək, yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

21 iyul / 16:23 1 dəq
4a7a22d6 1536 4f55 8fda 219f6f26a91e
21 iyul / 16:23
Burada sizin reklamınız ola bilər

Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.

Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər