Xəbər

Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi təlimi keçirilir – VİDEO

22 avqust / 09:06 1 dəq
66c5ed82c1b7266c5ed82c1b73172424742666c5ed82c1b7066c5ed82c1b71
22 avqust / 09:06
Burada sizin reklamınız ola bilər

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.

Qerbxeber.com MN-ə istinadən xəbər verir ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilib, kiçik ölçülü, aşağı hündürlüklü və az sürətli hədəflərin vaxtında aşkarlanması və aidiyyəti üzrə bölmələrə ötürülməsi üzrə fəaliyyətləri icra ediblər.
Təlimin keçirilməsində əsas məqsəd şərti düşmənin qəfil hava hücum vasitələrinin dəf edilməsi zamanı idarəetmə heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də müxtəlif və mürəkkəb hava, yer, radioelektron şəraitlərdə radiotexniki və rabitə vasitələrinin döyüş imkanlarından effektiv istifadə üsullarının öyrənilməsidir.

Paylaş
Burada sizin reklamınız ola bilər