Dünya

Harris Trampla debata çıxmağa hazır olduğunu deyib

26 iyul / 08:43 1 dəq
66a2bfd197e3866a2bfd197e39172194196966a2bfd197e3666a2bfd197e37
26 iyul / 08:43
Burada sizin reklamınız ola bilər

ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debata hazır olduğunu bildirib.

Qerbxeber.com TASS-a istinadən xəbər verir ki, Harris məsələ ilə bağlı bunları deyib:

“Məndən debatla bağlı soruşurlar. Demək istəyirəm ki, mən Donald Trampla debata hazıram. Debatın əvvəl də razılaşdırıldığı kimi, sentyabrın 10-da keçirilməsinə razılıq verdim. O da bununla razılaşdı”, – deyə Harris müsahibəsində bildirib.

Harrisin sözlərinə görə, Tramp debat üçün yerin dəyişdirilməsini tələb edib və bununla da qismən geri addım atmış olub.

Qeyd edək ki, Tramp növbəti debatı ABC-də deyil, Fox News-da keçirmək istədiyini açıqlamış və bunu ABC-nin qərəzliliyi ilə əlaqələndirmişdi. ABC-nin debatı sentyabrın 10-na planlaşdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər