Dünya

Hakan Fidanla görüşdən sonra demişdi – Blinkendən ilginc addım

10 oktyabr / 17:09 2 dəq
9e4afce5 35fd 4b9a a0cc 2fb3768be823
10 oktyabr / 17:09
Burada sizin reklamınız ola bilər

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığından sonra X sosial şəbəkəsində bir paylaşım etmişdi.

“Qərb Xəbər” bildirir ki, dövlət katibi bir müddət sonra həmin paylaşımı silib.

Blinken tvitində bunları yazmışdı:

“Türkiyə xarici işlər naziri Hakan Fidanla HƏMAS-ın İsrailə qarşı törətdiyi terror aktları ilə bağlı növbəti görüşümüz oldu. Türkiyənin atəşkəs çağırışını və HƏMAS-ın bütün girovları dərhal azad etməsini təşviq etdim”.

Görüşlə bağlı ABŞ Dövlət Departamentinin açıqlamasında isə belə deyilmişdi:

“İkili HƏMAS-ın İsrailə qarşı terror hücumunu müzakirə edib. Blinken Türkiyənin davamlı fəaliyyətini təşviq edib və Birləşmiş Ştatların HƏMAS-ın hücumları dayandırmasına və bütün girovları azad etməsinə diqqətini ifadə edib”.

Blinken səhər saatlarında sosial şəbəkədəki paylaşımını silsə də, açıqlaması departamentin rəsmi saytında qalır.

Paylaş
Burada sizin reklamınız ola bilər