Dünya

Hakan Fidan Moskvaya gedəcək

25 may / 16:27 1 dəq
Hakan fidan
25 may / 16:27
Burada sizin reklamınız ola bilər

Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bildirilib ki, mayın 26-27-də Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada səfərdə olacaq Fidan Rusiya Prezidenti tərəfindən qəbul olunacaq.

Bundan başqa, Türkiyə XİN başçısının rusiyalı həmkarı Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belausovla görüşlər keçirəcəyi qeyd olunub.

Görüşlərdə Türkiyə-Rusiya münasibətləri, Ukrayna böhranının həlli müzakirə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər