Dünya

Hakan Fidan: “F-16″ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb

9 mart / 10:34 2 dəq
Be539994 fd49 3b23 a620 5794ca5c02e8
9 mart / 10:34
Burada sizin reklamınız ola bilər

“F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.

H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.

Türkiyəli nazir ABŞ-la münasibətlərdə müsbət dinamikanın olduğunu da diqqətə çatdırıb: “Türkiyə-ABŞ münasibətləri problemləri həll etməyə imkan verir”.

O, həmçinin qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsinin 30 milyard dollardan 100 milyard dollara qaldırılması ilə bağlı perspektiv var: “Qarşıya çıxan fürsətləri qiymətləndirməliyik. Bu, diplomatik həmlələr, cəhdlər tələb edir”.

Paylaş
Burada sizin reklamınız ola bilər