Hadisə

Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılıb – Rəsmi

20 avqust / 13:39 1 dəq
C8ca9e13 771d 4632 a908 1351d4f8a9d1
20 avqust / 13:39
Burada sizin reklamınız ola bilər

Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər