Hadisə

Hərbçimizin ölümü ilə bağlı rəsmi məlumat yayıldı

12 iyun / 09:20 2 dəq
Dsx esas1642845760
12 iyun / 09:20
Burada sizin reklamınız ola bilər

Bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, DSX-nin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Qeyd edək ki, hərbçimizin doğulduğu Göyçay rayonunun Mallı-Şıxlı kəndində dəfn ediləcəyi bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər