Dünya

Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialara baxır

29 avqust / 11:58 1 dəq
23ff1cc9 dcaa 3e3c a0f7 1b66de7cb965
29 avqust / 11:58
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin, müxalifət partiyalarının deputatlarının və qeyri-hökumət təşkilatlarının (QHT) “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialarına baxmağa başlayıb.

Qerbxeber.com xəbər verir ki, bununla bağlı məhkəmə iclası yerli vaxtla saat 11:00-da başlayıb.

Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsində sözügedən qanunun ləğvi tələbi ilə dörd iddia qaldırılıb. Bunu Prezident Salome Zurabişvili, Gürcüstanın 121 QHT-si, müxalifətdən olan 38 parlament üzvü və jurnalistlər ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər