Dünya

Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb

30 iyul / 10:21 1 dəq
47b2a9f9 067b 364d 97b1 1eb4c97c8c2a
30 iyul / 10:21
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi dayandırılıb.

Qerbxeber.com xəbər verir ki, bunu Aİ Nümayəndəliyinin rəhbəri Asuncion Sançez Ruiz bildirib

“Xarici təsirin şəffaflığı haqqında” Qanun Gürcüstanın Aİ-yə daxil olmasına maneədir. Biz hökuməti təşəbbüsü geri götürməyə çağırırıq. Çünki, bu, faktiki olaraq Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin dayandırılmasına gətirib çıxarır”, – o, Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimatdan sonra bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan Xarici İşlər Nazirliyində Avropa Komissiyasının doqquz tövsiyəsinin icrasının irəliləyişilə bağlı təqdimat keçirilib. Tədbirə Aİ-yə üzv dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri və səfirliklərinin nümayəndələri dəvət olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər