Gürcüstan Ukraynaya könüllü döyüşçülər göndərdi – Ruslara qarşı savaşacaqlar
Artıq bir qrup könüllü Tbilisidən Ukraynaya avtobusla yola düşüb.
“Qərb Xəbər” 24News.ge saytına istinadla xəbər verir ki, bu barədə yerli media qurumları məlumat yayıb. Məlumata görə, təxminən 60 nəfərdən ibarət qrup hərbi və tibbi yardım üçün könüllü olaraq Ukraynaya yollanır.
Bildirək ki, bir qrup Ukraynaya yollanmaq üçün Tbilisi Hava Limanında gözləyir.
Məlumat üçün qeyd edək ki, müxtəlif vətəndaşlar, o cümlədən həkim Vaja Qaprindaşvili könüllü kimi Ukraynaya getmək istəklərini bildiriblər. Onun sözlərinə görə, çarter reysi yerinə yetirilməli idi, lakin sonradan Ukrayna səfirliyinin hərbi attaşesi Gürcüstan hökumətinin reysin Tbilisiyə enməsinə icazə vermədiyini bildirib. Ukraynanın baş naziri Denis Şmiqal bu məsələyə öz sosial media hesbından münasibət bildirib: “Cəsur gürcü qardaşlar Ukraynaya kömək etmək üçün hava limanında uçuş üçün gözləyirlər. İnşallah, İrakli Qaribaşvili cəsarət göstərib uçuş icazəsi verəcək. Azadlıqsevər gürcü xalqı, baş nazirinizə düzgün qərar verməyə kömək edin!”, – deyə Denis Şmiqali bildirib.




