Bölgə xəbərləri

Gürcüstandan ikinci əl avtomobillərin ən çox ixrac olunduğu ölkələrin adları açıqlanıb

7 fevral / 11:58 1 dəq
F8102d280ee26ff201140daebd500de7
7 fevral / 11:58
Burada sizin reklamınız ola bilər

Azərbaycan ötən il Gürcüstandan avtomobil idxalına görə birinci yerə çıxıb

“Qərb Xəbər” 24News.ge  istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2022-ci ildə ən çox minik avtomobilləri Gürcüstandan aşağıdakı ölkələrə ixrac edilib:

● Azərbaycana: 30 452 avtomobil: 308,4 milyon dollar;

● Ukraynaya: 12 min 673 avtomobil: 119,8 milyon dollar;

● Ermənistana: 11 min 932 avtomobil: 144,7 milyon dollar;

● Qazaxıstana: 7352 avtomobil: 104,4 milyon dollar;

● Qırğızıstana: 7441 avtomobil – 70,9 milyon dollar;

● Rusiyaya: 5395 avtomobil: 75,6 milyon dollar;

● Tacikistana: 2610 avtomobil: 17,2 milyon dollar;

● Belçikaya: 540 avtomobil: 24,7 milyon dollar;

● Moldovaya; 313 avtomobil: 3,082 milyon dollar;

● Belarusa: 230 avtomobil, 6,4 milyon dollar.

Qeyd edilir ki, ötən il Gürcüstandan digər ölkələrə minik avtomobillərinin ixracının həcmi 98 faiz artıb. Əgər 2021-ci ildə ölkədən 456,5 milyon ABŞ dolları dəyərində avtomobil ixrac edilibsə, 2022-ci ildə bu rəqəm 903,8 milyon dollar olub.

Paylaş
Burada sizin reklamınız ola bilər