Dünya

Gürcüstanda “xarici agentlər” qanunu sərtləşdirilir

26 fevral / 13:37 1 dəq
67bedc561480767bedc5614808174056149467bedc561480567bedc5614806
26 fevral / 13:37
Burada sizin reklamınız ola bilər

Gürcüstanda “Xarici agentlərin qeydiyyatı haqqında” qanunda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə cinayət məsuliyyəti müəyyən ediləcək.

Qerbxeber.com Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu”nun təqdim etdiyi və ABŞ-də qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun sözbəsöz tərcüməsi olduğu bildirilən qanun layihəsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik nəzərdə tutulub.

Təklifə əsasən “Xarici agentlərin qeydiyyatı haqqında qanun”un pozulmasına görə cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, ötən il etirazlar fonunda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunda nəzərdə tutulan tələblərə əməl edilməməsinə görə inzibati cərimələr nəzərdə tutulur.

Paylaş
Burada sizin reklamınız ola bilər