Dünya

Gürcüstanda səsvermə yekunlaşdı

4 oktyabr / 20:25 1 dəq
Gurcustan seçki
4 oktyabr / 20:25
Burada sizin reklamınız ola bilər

Gürcüstanda saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə  GÜrcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat verib.

Bildirilib ki, məntəqələrdə seçki prosesi sakit şəraitdə keçib.

Qeyd olunub ki, saat 17:00-a olan vəziyyətə görə, seçki məntəqələrinə 1 milyon 175 min 817 seçici gəlib ki, bu da ümumi seçici sayının 33,5%-i deməkdir.

Qeyd edək ki, bu gün, 4 oktyabr Gürcüstanda bələdiyyə merləri və bələdiyyə şuralarının seçkiləri keçirilib. Seçkilər 64 bələdiyyə dairəsində təşkil olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər