Bölgə xəbərləri

Gürcüstanda hərbi xidmətin müddəti qısaldılır

2 mart / 14:35 2 dəq
əsgər
2 mart / 14:35
Burada sizin reklamınız ola bilər

Hüquq Məsələləri Komitəsi “Müdafiə Məcəlləsi”nin layihəsini birinci oxunuşda müzakirə edib.

“Qərb Xəbər” “InterPress.ge”yə istinadən xəbər verir ki, layihəyə əsasən, məcburi hərbi xidmətin adı dəyişdiriləcək və o, “Çağırışçıların Milli Hərbi Xidməti” adlandırılacaq.

Məcəlləyə əsasən, çağırışçıların milli hərbi xidmət müddətinin qısaldılması nəzərdə tutulur. Xüsusilə, 12 aylıq müddət əvəzinə diferensiallaşdırılmış xidmət müddətləri təklif olunur: döyüş bölməsində xidmət üçün – 6 ay; mühafizə bölməsində xidmətə görə – 8 ay; Kiçik komandanlıq vəzifələrində və əvvəlcədən müəyyən edilmiş ixtisaslarda xidmətə görə – 11 ay nəzərdə tutulur. Çağırış Nazirliyin prioritetləri nəzərə alınmaqla həyata keçiriləcək.

Çağırışçıların milli hərbi xidmət keçməsi yalnız Nazirlik sistemində mümkün olacaq. Sözügedən yeniliklərin 2025-ci il yanvarın 1-dən tətbiqi planlaşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər